Məxfilik siyasəti
Son yenilənmə: 04 sentyabr 2026
1. Ümumi müddəalar
Bu sənəd 166 Tech tərəfindən təqdim olunan 166 Kassa xidmətindən istifadə zamanı şəxsi və biznes məlumatlarının necə toplandığını, saxlandığını və qorunduğunu izah edir. Xidmətdən istifadə etməklə bu şərtlərlə razılaşırsınız.
2. Topladığımız məlumatlar
2.1. Qeydiyyat məlumatları
- Ad, soyad
- Telefon nömrəsi
- E-mail ünvanı
- Şirkət adı, VÖEN, ünvan
2.2. Biznes məlumatları
Sistemə daxil etdiyiniz məhsul, müştəri, təchizatçı, satış, anbar və maliyyə məlumatları. Bu məlumatlar sizə məxsusdur — biz onlardan xidmətin göstərilməsi xaricində istifadə etmirik.
2.3. Texniki məlumatlar
- IP ünvanı
- Brauzer və əməliyyat sistemi
- Giriş tarixi və saatı
- Sistem daxilində aparılan kritik əməliyyatların qeydi (audit log)
3. Məlumatların istifadəsi
Topladığımız məlumatlar yalnız aşağıdakı məqsədlərlə istifadə olunur:
- Xidmətin göstərilməsi və işləməsinin təmin edilməsi
- Texniki dəstəyin göstərilməsi
- Təhlükəsizliyin təmin edilməsi və sui-istifadənin qarşısının alınması
- Abunəlik və ödənişlərin idarə edilməsi
- Xidmətlə bağlı vacib bildirişlərin göndərilməsi
4. Məlumatların üçüncü tərəflərə ötürülməsi
Biznes məlumatlarınız üçüncü tərəflərə satılmır və ötürülmür. İstisna hallar:
- Qanunvericiliyin tələbi ilə səlahiyyətli dövlət orqanlarının rəsmi sorğusu
- Sizin açıq razılığınızla (məsələn inteqrasiya qurduğunuz sistemlər)
5. Məlumatların izolyasiyası
Sistem çoxşirkətli (multi-tenant) prinsiplə qurulub. Hər şirkətin məlumatı digərlərindən tam ayrıdır. Bir şirkətin istifadəçisi texniki olaraq başqa şirkətin məlumatına çıxış əldə edə bilməz.
6. Təhlükəsizlik tədbirləri
- Şifrələr bcrypt alqoritmi ilə hash edilir və heç vaxt açıq saxlanılmır
- Bütün əlaqələr HTTPS protokolu ilə şifrələnir
- Giriş cəhdlərinə limit qoyulur
- Kritik əməliyyatlar dəyişməz audit log-a yazılır
- Verilənlər bazası gündəlik ehtiyat nüsxələnir
7. Məlumatların saxlanma müddəti
Məlumatlarınız abunəlik aktiv olduğu müddətdə saxlanılır. Abunəlik bitdikdə məlumatlar dərhal silinmir — sistemə giriş məhdudlaşır, lakin məlumat saxlanılır ki, ödənişdən sonra bərpa oluna bilsin.
Hesabın tam silinməsini tələb etsəniz, məlumatlarınız 30 gün ərzində silinir. Bundan əvvəl bütün məlumatların export-unu ala bilərsiniz.
8. Cookie-lər
Sayt yalnız texniki zəruri cookie-lərdən istifadə edir: sessiyanın saxlanması və CSRF müdafiəsi. Reklam və izləmə məqsədli üçüncü tərəf cookie-ləri istifadə olunmur.
9. Hüquqlarınız
- Məlumatlarınıza baxmaq və düzəliş etmək
- Məlumatların export-unu almaq
- Hesabın silinməsini tələb etmək
- Marketinq bildirişlərindən imtina etmək
10. Dəyişikliklər
Bu siyasətdə dəyişiklik edildikdə səhifədə yenilənmə tarixi göstərilir. Əhəmiyyətli dəyişikliklər barədə e-mail ilə məlumatlandırılırsınız.
11. Əlaqə
Məxfiliklə bağlı suallarınız üçün:
- E-mail: info@166tech.az
- Telefon: 050 224 73 00
- Ünvan: Yeni Hayat Plaza, Bakı, Azərbaycan