Ən çox verilən suallar
Cavabını tapmadığınız sual varsa 050 224 73 00 nömrəsinə zəng edin.
İnternet kəsiləndə kassa işləyəcəkmi?
Bəli. POS proqramı məhsulları, qiymətləri və müştəriləri kompüterin yaddaşında saxlayır. İnternet kəsiləndə satış davam edir, əlaqə bərpa olunan kimi bütün satışlar avtomatik serverə göndərilir. Hər satışın unikal nömrəsi (UUID) olduğu üçün eyni satış iki dəfə düşmür.
Neçə filial və kassa qoşa bilərəm?
Paketdən asılıdır. START paketi 1 filial və 1 kassa, BUSINESS 3 filial və 3 kassa, PRO isə limitsiz filial və kassa dəstəkləyir. İstənilən vaxt paketi dəyişə bilərsiniz.
Məlumatlarım başqa şirkətlərə görünürmü?
Xeyr. Hər şirkətin məlumatı ayrıca izolyasiya olunub. Bütün sorğular şirkət kimliyinə görə filtrlənir, URL-də nömrə dəyişməklə başqa şirkətin məlumatına çıxmaq mümkün deyil.
Barkod oxuyucusu və çek printeri lazımdırmı?
Məcburi deyil, amma tövsiyə olunur. Sistem istənilən USB barkod oxuyucusu ilə işləyir (klaviatura emulyasiyası), 58 mm və 80 mm termal çek printerləri dəstəklənir. Pul qutusu printer vasitəsilə açıla bilər.
Nisyə (borc) satışı necə işləyir?
Satış zamanı ödəniş üsulu kimi "Nisyə" seçilir. Ödənilməyən məbləğ avtomatik müştərinin balansına yazılır. Müştəriyə kredit limiti təyin edə bilərsiniz — limit aşılanda sistem xəbərdarlıq edir və icazəsiz satışı tamamlamır.
Topdan satışda miqdara görə qiymət verilə bilərmi?
Bəli. Hər məhsul üçün pilləli qiymət cədvəli qurulur: məsələn 1-9 ədəd 10 AZN, 10-49 ədəd 9 AZN, 100+ ədəd 7.50 AZN. Kassada say dəyişdikcə qiymət avtomatik yenilənir.
Mövcud məhsul bazamı köçürə bilərəmmi?
Bəli. Excel şablonu vasitəsilə məhsul adı, SKU, barkod, kateqoriya, alış və satış qiyməti, qalıq bir dəfəyə yüklənir. Import zamanı səhv sətirlər ayrıca göstərilir.
Kassirin endirim etməsini məhdudlaşdıra bilərəmmi?
Bəli. Hər istifadəçi üçün maksimum endirim faizi təyin olunur (məsələn 5%). Daha böyük endirim üçün müvafiq icazəsi olan istifadəçinin təsdiqi tələb olunur, əməliyyat isə audit log-da qeyd edilir.
E-kassa (NKA) inteqrasiyası varmı?
Hazırda aktiv e-kassa provayder inteqrasiyası təqdim edilmir. Sistemdə fiskal servis üçün texniki inteqrasiya qatı var; uyğun provayder və müqavilə seçildikdən sonra ayrıca inteqrasiya layihəsi kimi aktivləşdirilə bilər.
Qiymətə dəstək daxildirmi?
Bəli. Bütün paketlərə quraşdırma yardımı, telefon və WhatsApp dəstəyi daxildir. Əlaqə: 050 224 73 00.
Sualınıza cavab tapmadınız?
Bizə yazın və ya zəng edin — həllinizi birlikdə seçək.