Dokumentasiya

Sistemin quraşdırılması, istifadəsi və texniki detalları.

Başlanğıc

Qeydiyyat, şirkət qurulması, filial və anbarın yaradılması — ilk 15 dəqiqədə sistemi işə salın.

1. Qeydiyyat

Qeydiyyat səhifəsində ad, soyad, telefon, e-mail və şifrənizi, ardınca şirkət adını və biznes növünü daxil edirsiniz. Biznes növü mühümdür — seçiminizə görə sistem uyğun modulları aktivləşdirir:

Biznes növüAvtomatik aktivləşən modullar
MarketPartiya (batch), son istifadə tarixi, elektron tərəzi
Topdan satışMiqdara görə qiymət, çoxvahidli satış, nisyə
Geyim / AyaqqabıRəng və ölçü variantları
ElektronikaIMEI / seriya nömrəsi, zəmanət
KosmetikaPartiya, son istifadə tarixi
Tikintim², m³, ton vahidləri, qiymət pillələri

Qeydiyyat tamamlandıqda şirkətiniz, əsas filial, anbar və "Kassa 1" avtomatik yaradılır. Demo məlumat da əlavə olunur ki, sistemi dərhal sınaya biləsiniz — real işə başlayanda bu məhsulları silə və ya dəyişə bilərsiniz.

2. Şirkət ayarları

Ayarlar bölməsində şirkət məlumatlarını, loqonu, valyutanı və saat qurşağını dəqiqləşdirin. Xüsusilə diqqət yetirin:

  • Mənfi stok — söndürülü qalsa anbarda olmayan məhsul satıla bilməz. Topdan satışda bəzən açıq saxlanılır.
  • Növbə tələb olunsun — açıq olduqda kassir növbə açmadan satış edə bilmir.
  • Invoice prefiksi — satış nömrələrinin formatı (məsələn SAT-2026-000001).
  • Maksimum endirim — şirkət üzrə ümumi limit.
  • Çek parametrləri — 58 mm / 80 mm, loqo, VÖEN, kassir adı, qalıq borc.

3. Filial və anbar

Bir filialla başlaya bilərsiniz. Yeni filial açdıqda ona ayrıca anbar və kassa bağlayın:

  1. Filiallar → yeni filial (ad, ünvan, telefon, müdir, iş saatları)
  2. Anbarlar → yeni anbar (növ: mərkəzi / filial / satış anbarı)
  3. Kassalar → yeni kassa (filial, anbar, printer növü)
Anbar növü vacibdir: mərkəzi anbardan filial anbarlarına transfer edilir, satış isə kassaya bağlanmış anbardan aparılır.

4. İstifadəçilər və rollar

Sistem 7 hazır rolla gəlir:

RolNə edə bilir
Şirkət sahibiHər şey
AdministratorRollar və ayarlar xaric hər şey
Filial müdiriÖz filialının satış, anbar, xərc və hesabatları
KassirSatış, növbə, öz satışlarına baxış
AnbardarMəhsul, mal qəbulu, transfer, inventarizasiya
MühasibMaliyyə, borclar, hesabatlar (satış edə bilmir)
SatıcıSatış və öz nəticələri

Hər rolun icazələrini Rollar və icazələr bölməsindən dəqiqləşdirə bilərsiniz. Kassir yaradarkən maksimum endirim faiziPIN təyin edin — PIN limitdən artıq endirimin təsdiqi üçün istifadə olunur.

5. İlk məhsullar

İki yol var:

  • Excel import — mövcud bazanız varsa şablonu yükləyin, doldurun və import edin. Səhv sətirlər ayrıca göstərilir.
  • Əl iləMəhsullar → Yeni məhsul. Barkodu skanerlə oxutmaq kifayətdir.

6. Başlanğıc qalığı

Anbarda mal artıq varsa iki variant seçin:

  • Məhsul yaradarkən başlanğıc qalıq sahəsini doldurun (ən sürətli yol)
  • Və ya Mal qəbulu sənədi ilə daxil edin (təchizatçı borcu da yaranır)

7. Kassanın işə salınması

  1. Kassir hesabı ilə daxil olun
  2. Yuxarıdakı Kassa düyməsi ilə POS ekranını açın
  3. Növbəni aç — kassadakı başlanğıc nağd məbləği daxil edin
  4. Barkod oxudun və ya məhsul axtarın
  5. F12 ilə satışı tamamlayın

Quraşdırma zamanı kömək lazımdırsa 050 224 73 00 nömrəsinə zəng edin — məhsul bazasının köçürülməsində və işçilərin öyrədilməsində yardım edirik.