Dokumentasiya

Sistemin quraşdırılması, istifadəsi və texniki detalları.

Hesabatlar

Satış, mənfəət, anbar, maliyyə və borc hesabatları; Excel, PDF və CSV export.

Mənfəətin hesablanması

Mənfəət satış qiyməti ilə satış anındakı maya dəyəri arasındakı fərqə görə hesablanır. Maya dəyəri satış sətrində snapshot kimi saxlanılır — sonradan məhsulun alış qiyməti dəyişsə belə köhnə satışların mənfəəti dəyişmir.

Yanvar: məhsul 5.00 AZN-ə alınıb, 8.00 AZN-ə satılıb → mənfəət 3.00 AZN
Fevral: eyni məhsul 6.00 AZN-ə alınır

Yanvar satışının mənfəəti YENƏ DƏ 3.00 AZN olaraq qalır.

Bu, mühasibat baxımından düzgün yanaşmadır və keçmiş dövrlərin hesabatını sabit saxlayır.

Satış hesabatları

HesabatNə göstərir
Satış dinamikasıGün, həftə, ay və il üzrə dövriyyə, mənfəət və sifariş sayı
Məhsul üzrəHansı məhsuldan nə qədər satılıb, hansı nə qədər gəlir gətirib
Kateqoriya / brendQrup səviyyəsində dövriyyə və mənfəət
Kassir üzrəSatış sayı, dövriyyə, orta çek, verilən endirim, kassa fərqi
Filial üzrəSatış, mənfəət, qaytarma, xərc və xalis nəticə müqayisəsi

Anbar hesabatları

  • Mövcud stok — anbar, kateqoriya və status üzrə filtr
  • Stok dəyəri — maya və pərakəndə qiymət üzrə ümumi dəyər
  • Minimum stok — sifariş edilməli məhsullar
  • Stok hərəkəti — hər dəyişikliyin tarixçəsi
  • Transferlər — anbarlar arası hərəkət
  • Zay məhsullar — səbəb üzrə itki dəyəri

Maliyyə hesabatları

  • Ödəniş üsulları — nağd, kart, bank və nisyə üzrə bölgü
  • Xərclər — kateqoriya üzrə (icarə, maaş, kommunal, yanacaq, reklam, təmir, nəqliyyat)
  • Gəlirlər — satışdan kənar gəlirlər
  • Kassa fərqi — hansı növbədə nə qədər fərq yaranıb
  • Xalis nəticə — ümumi mənfəət − xərclər + digər gəlirlər

Borc hesabatları

  • Müştəri borcları (məbləğə görə sıralı)
  • Gecikmiş borclar (30 / 60 / 90 gün)
  • Kredit limitini aşanlar
  • Təchizatçı borcları

Export

Bütün hesabatlar üç formatda yüklənə bilər:

Formatİstifadə halı
CSVExcel və digər proqramlara idxal
Excel (CSV/UTF-8)Excel-də birbaşa açmaq — Azərbaycan hərfləri düzgün göstərilir
PDFÇap və rəsmi təqdimat

Export üçün ayrıca icazə tələb olunur — bu icazəni yalnız etibarlı istifadəçilərə verin.

Dashboard

Şirkət sahibi üçün əsas ekran real vaxt göstəriciləri verir:

  • Bugünkü ümumi satış, nağd / kart / bank / nisyə bölgüsü
  • Satış sayı və satılan məhsul sayı
  • Təxmini mənfəət və marja faizi
  • Xərclər və qaytarmalar
  • Kassalardakı mövcud nağd pul
  • Müştəri və təchizatçı borcları
  • Anbardakı malın maya dəyəri
  • Ən çox gəlir gətirən və son 60 gündə satılmayan məhsullar
  • Minimum stoka düşən məhsullar
  • Filial müqayisəsi

Qrafik dörd rejimdə göstərilir: günlük (son 30 gün), həftəlik (son 12 həftə), aylıq (son 12 ay) və illik (son 5 il).